Fevralın 22 — 26-ı «ALEAN COMPANY MMC» tur-operatorunun təşkilatçılığı ilə turizmçilər üçün Macarıstanın müalicəvi kurortlarına «fam trip» baş tutub.
Tur-operatordan Turizmplus.az saytına verilən məlumata görə, info-turda Azərbaycanın aparıcı turizm şirkətlərinin 12 əməkdaşı iştirak edib.
«Fam Trip» proqramına Budapeştdə, Hevizdə, Tapolca kurortunda və digər istiqamətlər üzrə məşhur termal hotellərə səfərlər daxil edilib.
Qeyd edək ki, sonda iştirakçılar hotellərdən İştirak Sertifikatı alıblar.