“Pegas Touristik” beynəlxalq tur-operatoru Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün Antalya istiqamətində info-tur təşkil edəcək.
Turizmplus.az xəbər verir ki, 12-19 aprel tarixlərində keçiriləcək reklam turunda iştirak dəyəri 399 USD təşkil edir. Turun dəyərinə daxildir:
— Aviabilet (Azerbaijan Airlines)
— 4*, 5* hotellərdə yerləşmə
— Qidalanma FB
— Proqram üzrə transferlər
— Sığorta
— Ekskursiya
(DBL otaqda 1 nəfər)
Sizdən tələb olunan şərtlər: 1. Rəsmi işçi olduğunuza dair əmək müqaviləsi bildirişi (E-Gov.az). 2. Sirf (outgouing) üzrə mütəxəssis. 3. İnfoturda iştirak sorğunuza nəzər yetirmək üçün linkdən iştirak anketini yükləyib doldurmaq lazımdır.
Qeydiyyata alınmış sorğuları direktorun imza və möhürü ilə [email protected] mail adresinə yönləndirməyiniz xahiş olunur.
Pegas Touristik reklam turunda iştirakçının informasiyası yanlış olduğu ehtimalı halında sorğunu ləğv etmək hüququnu öz üzərinə götürür.
Qeyd edək ki, hər agentlikdən 1 əməkdaş iştirak edə bilər.