ATAA “The Peninsula” hotel şəbəkəsi ilə əməkdaşlıq imkanlarını müzakirə edib

338140689 2232628246945169 1800553010395334119 n

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov “The Peninsula İstanbul” hotelinin Baş direktoru Conatan Kruk və satış direktoru Ömer Demir, eləcə də “The Peninsula Paris ” hotelinin İcraçı direktoru Vincent Pimontla əməkdaşlıq əlaqələrininin inkişafı və birgə iş birliyinin yaradılması məsələlərini müzakirə ediblər.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə Göydəniz Qəhrəmanov Assosiasiyanın fəaliyyəti və potensialı, ölkə turizminin inkişafındakı rolu, üzvlərinin sayı haqqında qısa arayış verib. ATAA sədri çıxışı zamanı rəhbərlik etdiyi qurumun dünya turizm sənayesində aktiv fəaliyyət göstərən təşkilat və şəbəkələrlə hər zaman qarşılıqlı əməkdaşlığın qurulmasında və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüş çərçivəsində hotel şəbəkəsinin nümayəndələri dünyanın bir çox ölkələrində brend şəbəkə olaraq geniş arealda fəaliyyət göstərən “The Peninsula” haqqında məlumat verib, ATAA ilə qarşılıqlı biznes əlaqələrinin qurulması və birgə fəaliyyət imkanlarının genişləndirilməsi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Menecerlər