Məlum olduğu kimi, aprelin 28-30-u tarixlərində Azərbaycanda dünyanın məşhur idman yarışlarından biri olan Formula 1 — Azərbaycan Qran-prisi keçirilib.
Turizmplus.az xəbər verir ki, «Qatar Airways» aviaşirkətinin təşkilatçılığı ilə 3 gün boyunca azərbaycanlı turizmçilər «Paddock Club Baku» ərazisində yarışı izləmək şansı qazanıb.
Qeyd edək ki, bu tribunalar xüsusi izləyicilər üçün nəzərdə tutulur və biletə bir çox əyləncələr, qidalanma, içkilər, Pit Leyn gəzintisi, startdan öncə trek gəzintisi, foto safari, bütün əyləncə zonalarına daxil olma və b. xidmətlər daxildir.
Nəzərinizə çatdıraq ki, «Paddock Club» biletləri yarışın ən bahalıları hesab edilir və qiymətləri 5000-10000 USD aralığında dəyişir.
Jurnalist Rəhim Qədirov Formula 1 — Azərbaycan Qran-prisinin ən bahalı zonasından izləyicilər üçün videoreportaj hazırlayıb: