Son dövrlər Bakının mərkəzi küçələrində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çalışdığı və ya rəhbərlik etdiyi turizm agentliklərinin şahidi oluruq. Araşdırmalar onu söyləməyə əsas verir ki, bəzən bu şirkətlər qeyri-qanuni, heç bir vergi ödəmədən fəaliyyət göstərir.
Turizmplus.az xəbər verir ki, yaxın günlərdə keçirilən tədbirlərin birində gəlmə turizm üzrə mütəxəssis Nizami Həsənov bu məsələ ilə bağlı bəzi fikirlər bildirib. N.Həsənovun sözlərinə görə, əcnəbi şəxslərin Azərbaycanda fəaliyyəti zamanı milli-mənəvi dəyərlərimizin pozulması halları yaşanır.
«Həmkarlarım da təsdiq edər ki, gecə turizmi, insan alveri və s. bu kimi hallar turizm destinasiyasını süquta uğradan amillərdir. Bunlar hamısı ölkə imicinə də zərər verir. Bu hallar var, özü də çox ciddi şəkildə», — deyə Nizami Həsənov bildirib.
RƏHİM QƏDİROV