ATAA-ya yeni üzvlük müraciətlərinə baxıldı: 1 şirkət qəbul edilməyib

WhatsApp Image 2023 07 07 at 11.29.57

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti cari ilin 2-ci rübünün yekunlarına dair toplantı keçirib.

Assosiasiyadan Turizmplus.az saytına verilən məlumata görə, iclasda Assosiasiyanın sədri Göydəniz Qəhrəmanov İdarə Heyətinin üzvlərinə qurumun son 3 ayda gördüyü işlər, dövlət qurumları və xarici ölkə səfirlikləri ilə keçirilən işgüzar görüşlər, eləcə də Gürcüstan Respublikasına,Həştərxan və Tel Əviv şəhərlərinə baş tutan səfərlər və orada aparılan görüşlər haqqında məlumat verib.Toplantıda həmçinin üzv şirkətlərin üzləşdiyi çətinliklər və onları həlli yolları müzakirə olunub, qurumun gələcək planlar haqqında fikir mübadiləsi aparılıb.

Toplantının sonunda Assosiasiyaya ünvanlanan yeni üzvlük müraciətlərinə baxılıb.İdarə Heyəti tərəfindən aparılan müzakirələrin nəticəsinə uyğun olaraq 8 şirkətdən 7-nin müraciətinə müsbət qərar verilib.

ATAA üzvlərinin siyahısı ilə yaxından tanış olmaq üçün əlavədə qeyd olunan linkə daxil ola bilərsiz:

https://ataa.az/service/inkishaf-ve-keyfiyyet

Menecerlər