ATAA üzvləri bu dəfə “Sea Breeze Resort”da bir araya gəldi — FATA MORGANA

363437955 670319771808531 7036408656378659344 n

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri üçün “Sea Breeze Resort”da yeni turizm məhsulu təqdim edilib.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, “White Beach Club”nun “Event Hall”unda baş tutan tədbirdə həm milli, həm də şərq rəqslərini özündə cəmləşdirən “FATA MORGANA” şousu qonaqlara nümayiş olunub. Tədbirdə çıxış edən ATAA sədri Göydəniz Qəhrəmanov hazırlanan bu formatlı turizm məhsullarının ölkə turizminin həm daxili bazarda,həm də xarici tərəfdaşlar arasında tanıtımı baxımından əhəmiyyətli olduğunu bildirib.

Assosiasiya sədri müxtəlifliyi və rəngarəngliyi ilə seçilən yeni turizm məhsulunun üzv şirkətlər vasitəsi ilə geniş auditoriyaya çatdırılması üçün ATAA -nın dəstək göstərəcəyini qeyd edib və təşkilatçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

160-a yaxın turizmçinin iştirak etdiyi tədbir müxtəlif şoular və konsert proqramı ilə davam edib.

363329372 670319768475198 1151719681047617099 n

363345220 670319758475199 2446502647234512654 n

363347893 670319751808533 7269548415587670285 n

363343161 670319761808532 1653413259826205018 n

363343846 670319775141864 1363687327610166018 n

Menecerlər