Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə gəlmə turizmlə məşğul olan üzv şirkətlər üçün «145 Group» şəbəkəsinə daxil olan «Çay Bağı 145» restoranında işgüzar səhər yeməyi təşkil edilib.
ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə üzv şirkətlərə «145 Group»a daxil olan restoranlar və hotellər haqqında geniş təqdimat nümayiş olunub, onların tutumu, menyu çeşidləri, korporativ qiymət təklifləri haqqında ətraflı məlumat verilib.
Eyni zamanda, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub.