26-27 avqustda Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı, həmçinin Turizm Könüllüləri Təşkilatının dəstəyi ilə «Turizm Sərgisi» keçirilib.
DİQQƏT: Biletlər satışa çıxarıldı — «Tourism Day Private Event 2023»
Turizmplus.az xəbər verir ki, iki gün davam edən sərgidə 20-yə yaxın turizm şirkəti iştirak edib.
Sosial yönümlü tədbirin keçirilməsinin əsas məqsədi turizm şirkətlərinin xidmətləri və təklif etdikləri məhsulları haqqında ictimaiyyəti məlumatlandırmaq və aksiyadan toplanan vəsaitlə autizmli uşaqların müalicəsinə dəstək olmaqdır.