Avropa İttifaqından rus turistlərə sərt QADAĞA

counterpointjpg 2022.09.19

Anti-Rusiya sanksiyaları çox fərqli üsullara keçməyə başlayıb.

Turizmplus.az xəbər verir ki, Avropa Komissiyası Rusiya vətəndaşlarının Rusiyada qeydiyyatda olan avtomobilləri və bəzi şəxsi əşyaları ilə Aİ ölkələrinə daxil olmasını qadağan edib.

«Tourism Day Private Event 2023» tədbirinə son 19 GÜN

Rusiya mətbuatında yer alan xəbərə görə, Avropa Komissiyası Rusiyada qeydiyyatda olan avtomobillərin Aİ ölkələrinə girişinə qadağa qoyub.

Rusiya vətəndaşlarının Rusiyada qeydiyyatda olan smartfonlar, qiymətli metallar, kompüterlər və sanksiya siyahısına daxil edilmiş bəzi digər əşyalarla Aİ ölkələrinə daxil olması da qadağandır.

Ötən ilin yayında öz nəqliyyat vasitələri ilə Almaniyaya gələn bəzi Rusiya vətəndaşlarının avtomobilləri gömrük qapılarında müsadirə edilib.

Bildirilir ki, Aİ ölkələrinin gömrük orqanları sanksiya siyahısına daxil edilən və Rusiya vətəndaşları ilə gətirilmiş kosmetika, çamadan, noutbuk, smartfon kimi əşyaları ölkəyə qəbul edə bilməz.

Menecerlər