«Yerli şirkətlər xarici ölkə səfirliklərindən viza alınması zamanı süni əngəllərlə üzləşir».
Turizmplus.az xəbər verir ki, bu sözləri ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın bir illik hesabat tədbirində çıxış edərkən qeyd edib.
G.Qəhrəmanov bildirib ki, bəzi istiqamətlərə aviabiletlərin baha olması da sənayeni narahat edən və həllini tapmayan problemlərdəndir.
«Tourism Day Private Event 2023» tədbirinin biletləri satışda
Hazırda Assosiasiyanın ölkənin turizm sənayesinin inkişafında əhəmiyyətli rol oynayan 130-dan çox üzvünün olduğunu qeyd edən Göydəniz Qəhrəmanov ictimai qurumun ölkə turizminin bərpası və inkişafı, eləcə də ölkəyə turist axınının artırılması və xarici ölkələrdə təşviqi istiamətində aktiv fəaliyyət göstərdiyini bildirib.
Çıxışının sonunda Göydəniz Qəhrəmanov bir il ərzində üzv şirkətlərin xeyrinə görülən işlər barədə danışıb.