Naftalanda keçirilən Beynəlxalq konfransın ilk günündən — FOTOREPORTAJ

IMG 1427

Oktyabrın 7-də Naftalanda Beynəlxalq ElmiPraktik Konfrans start götürüb. 

Turizmplus.az xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Latviya, Litva, Qazaxıstan, Özbəkistan Respublikalarının, Almaniya Federativ Respublikasının, Rusiya Federasiyasının turizm, səhiyyə, sanator-kurort sahələrinin mütəxəssisləri və dövlət-hakimiyyət orqanlarının nümayəndələri iştirak edib.

Konfransın ilk günü iştirakçılar tərəfindən Heydər Əliyev parkının ərazisində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

IMG 1424

İştirakçılar dünyada müalicəvi xüsusiyyətlərinə görə unikal Naftalan nefti ilə yaxından tanış olub.

Konfrans çərçivəsində iştirakçılar şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində eneolit, tunc və orta əsrlər dövrünə aid unikal çoxtəbəqəli yaşayış yerində aparılan arxeoloji qazıntı işləri ilə tanış olublar, qazıntılar zamanı aşkar edilmiş eksponatlar nümayiş etdirilib.  

IMG 1425

Bu da Naftalanda alternativ turizm imkanlarının yaradılmasına öz töhfəsini verəcək.

Daha sonra kənd ərazisindəki Nar bağına səfər edilib, qonaqlara kəndin turizm potensialı haqqında ətraflı məlumat verilib.

IMG 1357

Konfrans iştirakçıları Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfər edərək, oranın turizm potensialı və ərazidə yenidənqurma  və bərpa  işləri ilə tanış olub,qəsəbədə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.

IMG 1426

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalanda sağlamlıq turizmi potensialının inkişaf etdirilməsi istiqamətində irimiqyaslı işlər aparılıb. Naftalan – Talış – Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi region turizminin inkişafında mühüm əhəmiyyət kəsb edib.

Konfransın plenar iclası və panel müzakirələri növbəti gün davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin oktyabrında da beynəlxalq konfrans keçirilmişdir. İki gün davam edən Beynəlxalq Konfransa bir sıra xarici ölkənin nümayəndələri, ümumilikdə isə 100-dən çox iştirakçı qatılmışdır.

Menecerlər