TURİZMÇİLƏR NARAZIDIR: «Erkən rezervasiyalar yalnış zamanda başlandı» — RƏYLƏR

BeFunky collage 58

Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, Azərbaycandan Türkiyənin yay kurortlarına erkən rezervasiyalar başlanıb. Qeyd etmək yerinə düşər ki, son illərdə Türkiyəyə sərfəli turlar yanvar ayının ortalarından satışa çıxarılırdı. Türkiyəli turizm mütəxəssisləri erkən rezervasiyaların noyabrdan başlanmasını 2024-cü ildə artan templə inkişaf edəcək tələbatla əsaslandırırlar.

Türkiyəyə erkən rezervasiya dönəmi gözləniləndən tez başladı — SƏBƏB

Turizmplus.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri erkən rezervasiyaların bu qədər tez elan edilməsindən narazıdır. Onlar bildirirlər ki, artan qeyri-müəyyən sorğular yeni il və novruz bayramı turlarının hazırlanmasına maneə törədir.

"Luna Travel" şirkətinin rəhbəri Rəhman Quliyevin fikrincə Türkiyənin istrahət bölgələrinə 2024-cü il turlarının erkən satışa çıxsrılması turizm əməkdaşlarının satış strategiyasında qeyri müəyyənlik yaradıb.

"Ama nəzərə alsaq ki, hər istiqamət üzərə müştəri bazası var və əgər turpaketlərə qoyulan qiymətlərdə həqiqətən ciddi endirimlər mövcuddursa bu halda narahatlığa ciddi səbəb görmürəm. Hesab edirəm ki, hər il Türkiyəyə gedən turist kütləsi belə endirimli qiymətlərdən faydalanacaq , həm də turizm şirkətləri 2024-cü ilin yayında yaranacaq sıx iş rejimini yumşaltmış olacaq" - deyə, R.Quliyev qeyd edib.

"Limak Travel" şirkətinin rəhbəri Elgün Babayevin sözlərinə görə, şirkətlər Novruz turu paketlərinin satışları indi başlayır. Müştərilər də bu turlara daha çox kökləniblər.

"Erkən rezervasiyalar elan ediləndən sonra sorğulara əsasən, menecerlər bu turların üzərində daha çox işləməyə başladı. Beləliklə, Yeni İl və Novruz bayramı turlarımızın satışlarında və hazırlanmasında axsamalar yaşayırıq. Məsələ orasındadır ki, sorğu göndərən müştərilər də yaya vaxtın çox qaldığını anlayır və məsələyə çox da ciddi yanaşmırlar. Yəni, sorğuların çoxluğu heç də satışın artmasına şərait yaratmır", - deyə Elgün Babayev bildirib.

"Yes Travel" şirkətinin rəhbəri Üzeyir Bağırlı da həmkarları ilə eyni fikirdədir.

"Düşünürəm ki, hətta tur-operatorlar erkən rezervasiya ilə bağlı satışları hələlik dayandırmalıdır. Bu səhv siyasətdir. İnsanlarımız hələ ki, yay turlarını almağa hazır deyil. Heç Yeni İl turları ilə bağlı sorğular tam bitməyib. Bir nüansa da diqqət yetirmək lazımdır; Hələ 2024 başlamadan insanlar hələlik məzuniyyətlərinin nə zamana veriləcəyini də bilmir. Bunun nəticəsində də, qeyri-müəyyənlik yaranır.", - deyə Ü.Bağırlı saytımıza bildirib.

RƏHİM QƏDİROV

Menecerlər