«Yol qəzasında zərərçəkən turistlərlə əlaqə saxlamışıq» — GÖYDƏNİZ QƏHRƏMANOV

f2f7b2d0 e103 46f0 b680 c1af765127a1

Noyabrın 24-də İsmayıllı rayonunda turistləri daşıyan mikroavtobus aşıb.

Qəza ilə əlaqədar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına 6 nəfər (cinsləri kişi olmaqla) yerləşdirilib. Onlardan 1-i Azərbaycan, digərləri Hindistan vətəndaşlarıdır.

Turizmplus.az bu məsələ ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovun fikirlərini öyrənib.

— 23-dən 24-ə keçən gecə İsmayıllı rayonu ərazisində 5-i hindistanlı olmaqla 6 nəfərin xəsarət aldığı turistləri daşıyan mikroavtobus qəzası ilə bağlı ATAA-nın məlumatı varmı?

— Bəli, qəzadan qısa müddət sonra hadisə barədə Azərbaycan Turizm Agentliklər Assosiasiyasına məlumat verilib. Biz dərhal qəza zamanı zərərçəkmiş şirkətin nümayəndələri və qrupun bələdçisi ilə əlaqə saxlayıb, turistlərin sağlamlıq vəziyyəti, hadisənin nüansları barədə ilkin məlumatları aldıq. Hazırda turistlər müalicə alırlar və həkimlərimiz tərəfindən lazımi olan köməklik göstərilir.

— Turistləri gətirən şirkət ATAA üzvüdür?

— Xeyr, şirkət Assosiasiyamızın üzvü deyil.

— Turizm sektorunda nəqliyyat problemi hələ də qalmaqdadır və aktualdır. Bunun hansı həll yolları var?

— Təəssüf ki, belə hadisələr turizm bazarında mövcuddur. Fikrimcə, turistlərin daşınmasını həyata keçirən nəqliyyat şirkətləri daha məsuliyətli və peşəkar olmalıdırlar. Bu məsələ çox vacibdir. Sırf turist daşıyan nəqliyyat vasitələri üçün vahid meyyarlar və standartlar hazırlanmalı və keyfiyyəti daimi nəzarətdə olmalıdır. Biz Assosiasiya olaraq təklifləri hazırlayırıq və aidiyyati qurumlara yönəldirik.

Menecerlər