Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev «PMD Hospitality Group» şirkətini ziyarət edib.
Turizmplus.az xəbər verir ki, PMD şirkətinin icraçı direktoru Uygar Koçaş və tibbi direktor Çingiz Hacıyev ilə keçirilən görüşdə 2024-cü ildə ölkəmizdə sağlamlıq turizmində mövcud əməkdaşlıq imkanları və layihələri müzakirə edilib. Azərbaycanın sağlamlıq turizmi destinasiyası kimi inkişaf etdirilməsinin perspektivləri danışılıb, «Qalaaltı Hotel», «Naftalan Hotel» və «Lənkəran Springs» sağlamlıq turizm müəssisələrinin daha, da, tanıdılması və buraya daha çox turist cəlb edilməsi istiqamətində müzakirələr aparılıb.
Sonda qərara alınıb ki, bu tip görüşlər mütəmadi xarakter daşımalıdır.