Hindistanda turistləri zorlayan və döyən şəxslər həbs edildi

s ad7862e9167e03ba58f74a25843ee170ba504f8a

Motosikletlə dünya turuna çıxan motosikletli cütlük martın 1-də Hindistanın Carkhand əyalətində hücuma məruz qalıb.

Turizmplus.za xəbər verir ki, sosial media hesabında video yayımlayan Braziliya və İspaniyanın ikili vətəndaşı olan Fernanda “Növbə ilə məni zorladılar; bu, təxminən 2 saat davam etdi»-, deyə qeyd edib və həyat yoldaşının təcavüzkarlar tərəfindən döyüldüyünü söyləyib.

Hadisə ictimaiyyətin diqqətini cəlb etdikdən sonra Hindistan səlahiyyətliləri cütlüyün ölkəni tərk etməsi üçün təhlükəsizlik tədbirləri görüb. Səlahiyyətlilər cütlüyə 1 milyon rupi təzminat təyin edib.

Ötən günlərdə 3 hücumçunun saxlanıldığı bildirilərkən, polis dünənki yeni açıqlamasında 8 təcavüzkarın da tutulduğunu bildirib. Hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirilib.

s f4e2eb662713b64c8d779bc73a3f7ec5c694bfec

Menecerlər