“Turkish Airlines” şirkəti biletlərin bron edilməsinə və qeydiyyatına dair ciddi problemlərə səbəb olan qlobal nasazlıq barədə xəbərdarlıq edib.
Mediaplus.az xəbər verir ki, GDS sistemlərində texniki problemlə əlaqədar biletlərin alınması, qeydiyyat və bronlaşdırma ilə bağlı çətinliklər yaranıb. Daha dəqiq desək, sistemlər çöküb.
Bundan əlavə hava limanlarında da sistemlərlə bağlı problemlərin yarandığına dair xəbərlər yayılır.