• 36 °C
|

AMB: Bu il tənzimlənən qiymətlərin inflyasiyaya artırıcı təsiri 0,51 faiz bəndidir

22 Yanvar 2025
img

Mərkəzi Bank kommunal tariflərdə artımın inflyasiyaya təsirini açıqlayıb.

"APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

O deyib ki, 2025-ci ildə tənzimlənən qiymətlərin inflyasiyaya artırıcı təsiri 0,51 faiz bəndidir. Bura həm birbaşa və dolayı təsir daxildir.

O həmçinin əlavə edib ki, 2025-ci ilin büdcə xərclərinin inflyasiyaya təsiri 0,33 faiz bəndi təşkil edəcək. Bank sektorunun məcmu kredit portfelinin artımının isə inflyasiyaya təsiri 0,64 faiz bəndi müəyyən edilib.