• 23 °C
|

Hikmət Hacıyev Belarus səfirini qəbul edib

24 Yanvar 2025
img

Hikmət Hacıyev Belarus səfirini qəbul edib.

APA xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyinin “X” platformasındakı paylaşımında bildirilib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyətinin başa çatması münasibətilə Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu qəbul edib.