• 22 °C
|

Şəkidə yük maşını piyadanı vuraraq öldürüb

27 Yanvar 2025
img

Şəkidə yük avtomobili piyadanı vuraraq öldürüb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə Şəki şəhər ərazisində baş verib.

Belə ki, Firudin Məmmədovun idarə etdiyi JAC markalı yük avtomobili geriyə hərəkət edərkən Şəki şəhər sakini 1967-ci il təvəllüdlü Ülfət Fikrət oğlu İmamhüseynovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.