• 23 °C
|

Astarada 101 yaşlı seçici səs verib

29 Yanvar 2025
img

Astarada 101 yaşlı seçici bələdiyyə seçkilərində səs verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astara rayonunun Ərçivan qəsəbə sakini Məryəm Dadaş qızı Diyaraova səhhətində yaranan problemlə bağlı 79 saylı seçki dairəsinin 31 saylı məntəqəsinə gedə bilməyib. O, seçki məntəqəsinə müraciət edərək səyyar seçki qutusunun evinə gətirilməsini istəyib. Müraciətə əsasən, seçki qutusu evə aparılıb və 101 yaşlı seçici səs verib.

M.Diyarova indiyə kimi bütün seçkilərdə iştirak etdiyini deyib.