• 25 °C
|

Hikmət Hacıyev İrana səfər edib

1 Fevral 2025
img

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, Hikmət Hacıyev İran İR Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.