06 Apr 2025
İspaniya La Liqasının 22-ci turunun "Barselona" – "Alaves" matçı başa çatıb. Komandalar Barselonadakı "Olympic Lluís Companies" stadionunda çıxış ediblər. Matçı Xose Munuera Monteronun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Qarşılaşmada yeganə qolu 61-ci dəqiqədə "Barselona"nın hücumçusu Robert Levandovski vurub – 1:0.
22 oyundan sonra "Barselona" 45 xalla La Liqa turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Alaves" də eyni sayda oyundan sonra 21 xalla 18-ci yerdədir.
Turnir cədvəlinə 49 xalla "Real Madrid" başçılıq edir.