• 30 °C
|

İngiltərə Premyer Liqası: “Arsenal” “Mançester Siti”ni darmadağın etdi

2 Fevral 2025
img

İngiltərə Premyer Liqasının 24-cü turunun "Arsenal" – "Mançester Siti" qarşılaşması başa çatıb. Oyun Londondakı "Emirates Stadium"da baş tutub. Matçın baş hakimi qismində Piter Benks çıxış edib.

Çox maraqlı keçən oyunda qapılara 6 qol vurulub. "Topçular"ın 5 qoluna "Şəhərlilər" cəmi 1 qolla cavab verə biliblər – 5:1.

"Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində ikincidir. Mikel Artetanın yetirmələrinin 24 oyundan 50 xalı var. "Mançester Siti" 41 xal toplayıb və 4-cü yerdədir.