• 7 °C
|

Qulaqlarda cingiltinin səbəbləri nələrdir? – Həkim açıqlayır

5 Fevral 2025
img

Qulaqlarda küy (tinnitus) – cingilti, uğultu, fit və ya xışıltı şəklində özünü göstərə bilən geniş yayılmış vəziyyətdir. Araşdırmalara görə, insanların 10-15%-i bu simptomlarla qarşılaşır.

Oxu.Az-ın “İzvestiya”ya istinadla verdiyi məlumata görə, Avropa Tibb Mərkəzinin (EMC) audioloq-otorinolarinqoloqu Aleksandra Gerşevskaya bununla bağlı danışıb.

Onun sözlərinə görə, tinnitusun özü xəstəlik deyil, müxtəlif sağlamlıq problemlərindən xəbər verə bilən bir simptomdur.

"Qulaqda küyün səbəbləri müxtəlif ola bilər: qulaq kiri tıxacı – səslərin təhrif olunmasına səbəb olan xarici qulaq kanalının qulaq kiri ilə tıxanması; otit (qulaq iltihabı) – orta və ya xarici qulaqda infeksion proseslər; evstaxi borusunun funksiyasının pozulması, akustik travma – yüksək səs təsiri və ya sensor-nevral eşitmə zəifliyi. Bəzən küy damar və nevroloji patologiyaların (arterial hipertoniya, nevrozlar, stress, depressiya) göstəricisi ola bilər", – deyə həkim izah edib.

Aleksandra Qerşevskaya vurğulayır ki, əgər qulaqlarda küy bir neçə gün ərzində keçmirsə və ya güclənirsə, başgicəllənmə, eşitmənin zəifləməsi, baş ağrıları ilə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır.