
Mingəçevirdə məktəblinin qəfil ölməsi ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, məktəblinin ayaqqabısını bağlamaq üçün əyildikdən sonra halı pisləşib:
"3 ay əvvəl ürək əməliyyatı keçirmişdi, bir həftə əvvəl də özünü pis hiss edirdi. Dərslərini yaxşı oxuyurdu, idmanla da məşğul olurdu" , – deyə yaxınları bildirib.
Ətraflı süjetdə:
16:22
Fevralın 5-i saat 10:47-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mingəçevir şəhəri, İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".
15:56
Mingəçevirdə 15 yaşlı yeniyetmə ölüb.
Oxu.Az xəbər verir ki, 2010-cu il təvəllüdlü Yusif Yusifovun bu gün dərsdə halı pisləşib.
O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılanda yolda vəfat edib.
Qeyd edək ki, 15 yaşlı yeniyetmə bir ay öncə ürəyindən əməliyyat olunubmuş.