• 7 °C
|

Tramp transgenderlərin qadın idmanında yarışmasını qadağan edəcək

6 Fevral 2025
img

ABŞ prezidenti Donald Tramp cinsiyyəti doğulanda kişi kimi müəyyən edilən transgenderlərin qadınların idman turnirlərində iştirakını qadağan edən sərəncam imzalayacaq.

APA xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Trampın sərəncamı çərşənbə günü yerli vaxtla günortadan sonra imzalayacağı gözlənilir.

ABŞ nümayəndələr palatasının üzvü Nensi Meys bildirib ki, qanun ədaləti bərpa edəcək və qadın idmançıların hüquqlarını qoruyacaq.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası transgenderlərin qızların məktəbli idman komandalarında iştirakını qadağan edən qanun layihəsini də təsdiqləyib.

Respublikaçılar qanun layihəsini qadın idmançılar üçün oyun sahəsini bərabərləşdirmək üçün bir yol kimi irəli sürmüşdülər.