• 7 °C
|

FTB 2022-ci ildə reyd zamanı ələ keçirilən məxfi sənədləri Trampa qaytaracaq

6 Fevral 2025
img

FTB 2022-ci ildə Floridadakı Mar-a-Laqo malikanəsində apardığı axtarış zamanı ABŞ prezidenti Donald Trampdan götürülən sənədləri onun özünə qaytaracaq.

APA xəbər verir ki, bu barədə çərşənbə günü CNN məlumat yayıb.

Məlumata görə FTB maddi sübut kimi götürülmüş məxfi sənədləri, eləcə də qarderob əşyalarını, hədiyyələri, təbrik kartlarını, qəzet qırıntıları və kanadalı müğənni Selin Dionun şəkilləri kimi digər əşyaları geri qaytaracaq.

Qey edək ki, 2022-ci ilin avqustunda Mar-a-Laqoda aparılan axtarış zamanı Federal Təhqiqat Bürosunun agentləri 27-si ofisdə, 75-i isə saxlama otağında olmaqla ümumilikdə 102 sənəd ələ keçirib. Onlardan 17-si tam məxfi olaraq qeyd olunub.