• 11 °C
|

Avropada qaz ehtiyatları 50 faizdən aşağı düşüb: Qitə qışda “donacaq”?

8 Fevral 2025
img

Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi – dünya bazarı üçün əsas indikatorlardan biri – 50%-dən aşağı düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” (GIE) məlumat yayıb.

Bildirilib ki, ehtiyatların cari səviyyəsi 49.95% təşkil edir. Bununla belə, Avropadakı havanı ekstremal soyuq adlandırmaq olmaz, o, iqlim normasına uyğundur.

Qeyd edək ki, Avropada qazın indiki qiymət səviyyəsi artıq min kubmetrə görə 600 dollar civarındadır.