• 7 °C
|

Dünyanın ən yaşlı CANLI ORQANİZMİ aşkar edilib

13 Fevral 2025
img

ABŞ alimləri dünyanın ən qədim canlı orqanizmini tapıblar.

Oxu.Az bu barədə kp.ru-ya istinadla xəbər verib.

Bildirilir ki, bu "Pando" kimi tanınan qovaqların (Populus tremuloides) koloniyasıdır və ABŞ-nin Yuta ştatında təxminən 43 hektar ərazidə yerləşir.

"Orqanizm tək kök sistemi ilə bağlanmış genetik cəhətdən eyni ağaclardan ibarət bir klondur", – deyə məlumatda vurğulanıb.

Alimlərin fikrincə, heyrətamiz bağın ilk fidanı təxminən 80 min il əvvəl böyüyüb.

Ekoloqlar hesab edirlər ki, "Pando"nun mövcudluğuna təcrid olunmuş ağacları məhv edən yanğınlar çox kömək edib; klonun kökləri yerdəki fəlakətlərdən salamat çıxıb və sonradan yeni gövdələrə həyat verib.