• 5 °C
|

Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslər bərpa olunub – YENİLƏNİB

16 Fevral 2025
img

Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslər bərpa olunub.

Bu barədə "Report"a AZAL-dan bildirilib.

Qeyd edilib ki, hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər normal rejimdə həyata keçirilir.

10:44

Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərində yubanmalar var.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.