• 25 °C
|

Rusiyanın şərqində zəlzələ baş verib

16 Fevral 2025
img

Rusiyanın şərqindəki Kuril adalarında 5.9 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı 52 km dərinlikdə yerləşib.

Yeraltı təkanların yaşayış məntəqələrində hiss olunmadığı bildirilir.