• 13 °C
|

İsrail HƏMAS-ın Livandakı liderini öldürüb

17 Fevral 2025
img

İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Sidon bölgəsində avtomobilə zərbə endirməsi nəticəsində HƏMAS-ın Livandakı hərbi qanadının lideri Məhəmməd Şahin öldürülüb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı İsrail ordusunun mətbuat xidməti də təsdiqləyib.

Məlumatda qeyd olunur ki, Məhəmməd Şahin HƏMAS-ın Livandakı fəaliyyətini koordinasiya edib.