• 13 °C
|

“Neftçi”nin sabiq braziliyalısı “Arda” ilə anlaşdı

17 Fevral 2025
img

"Neftçi"nin sabiq futbolçusu Andre Şinyaşiki özünə yeni klub tapıb.

Oxu.Az xəbər verir ki, “ağ-qaralar”ın sıralarını tərk etdikdən sonra klubsuz qalan braziliyalı futbolçu Bolqarıstan çempionatında oynayacaq.

Şinyaşiki yüksək liqa təmsilçisi olan "Arda" ilə anlaşıb. 27 yaşlı hücumçu mövsümün sonuna qədər bolqarlara kömək edəcək.