• 29 °C
|

Xırdalanda gənc qız itkin düşüb

23 Mart 2025
img

Xırdalanda 17 yaşlı qız itkin düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a yaxınları məlumat verib.

Bildirilib ki, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 3 ünvanında yaşayan 19 avqust 2007-ci il təvəllüdlü Əsmanur Cahangir qızı Məmmədova martın 21-i tarixindən itkin düşüb.

Ailə üzvləri qızın itkin düşməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edib.