• 26 °C
|

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

26 Mart 2025
img

Mart ayının 18-dən 26-na qədər olan müddət ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qida zəhərlənməsi şübhəsi ilə 22 nəfər qəbul edilib.

Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilib.

Qeyd olunub ki, onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub.

"Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb", – deyə məlumatda vurğulanıb.

Əzizə İsmayılova