• 29 °C
|

Ermənistan parlamentinin iki deputatına qarşı ittihamlar irəli sürülüb

28 Mart 2025
img

Ermənistan parlamentinin deputatları Ovik Aqazaryan və Taron Marqaryana qarşı ittihamlar irəli sürülüb.

APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, bunu Ermənistan Cinayət Məhkəmələrinin mətbuat katibi Liana Rafaelyan deyib.

Qurumdan o da bildirilib ki, hər iki parlamentari barəsində yaşadığı yeri tərk etməmək haqqında iltizam tədbiri seçilib.