• Warning: file_get_contents(http://api.openweathermap.org/data/2.5/forecast/daily?q=Baku,AZ&units=metric&cnt=1&lang=az&appid=c0c4a4b4047b97ebc5948ac9c48c0559): Failed to open stream: HTTP request failed! HTTP/1.1 429 Too Many Requests in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 111

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 113

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 113

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 118

    Warning: foreach() argument must be of type array|object, null given in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 118
|

Misli Premyer Liqası: “Zirə” doğma meydanda üç xala sevinib

30 Mart 2025
img

Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, günün son oyunu “Zirə” və “Şamaxı” komandaları arasında olub. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Rafael Utziq, Ruan Renato və Salifu Suma vurublar.

"Qartallar" 55 xalla 2-ci, bölgə klubu 28 xalla 8-ci pillədədir.

Günün ilk matçında "Kəpəz" və "Səbail" Tovuzda üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.

Hesabı 41-ci dəqiqədə "Kəpəz"in heyətində Şervoni Mabatşoev açıb. "Dənizçilər"in bərabərlik qoluna isə Dimitro Litvin imza atıb.

Bu nəticədən sonra Gəncə klubu 24 xalla 9-cu, qonaqlar isə 19 xalla sonuncu – 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Turan Tovuz"u 4:1 hesabı ilə məğlub edib. "Neftçi" – "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" – "Sabah" ( 3:3) oyunları isə heç-heçə ilə yekunlaşıb.

18:12

Misli Premyer Liqasının XXVIII turunda "Kəpəz" "Səbail"lə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Görüşdə hesabı gəncəlilər açıblar. Fasiləyə dörd dəqiqə qalmış Şevroni Mabatşoev fərqlənib. "Dənizçilər"i məğlubiyyətdən xilas edən qol isə 68-ci dəqiqədə vurulub. Dmitro Litvin baş zərbəsi ilə hesaba tarazlıq gətirib.

Qərb təmsilçisi 24 xalla doqquzuncu, Bakı klubu 19 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. "Neftçi" – "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" – "Sabah" (3:3) oyunlarında qalib müəyyənləşməyib.

10:00

Misli Premyer Liqasında XXVIII tura bu gün yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.

"Səbail" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma saat 16:00-da start götürəcək. Gəncə təmsilçisi 23 xalla doqquzuncu, Bakı klubu 18 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.

Tur saat 18:00-da başlayacaq "Zirə" – "Şamaxı" görüşü ilə başa çatacaq. Meydan sahibləri 52 xalla ikinci, qonaqlar 28 xalla 8-ci sıradadır.

Azərbaycan Premyer Liqası, IV dövrə

XXVIII tur

16:00. "Kəpəz" – "Səbail"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Tovuz şəhər stadionu

18:00. "Zirə"- "Şamaxı"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. "Neftçi" – "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" – "Sabah" oyunlarında qalib müəyyənləşməyib.