• 22 °C
|

Gömrük xətti ilə büdcə daxilolmaları 6%-dən çox artıb

1 Aprel 2025
img

2025-ci ilin yanvar-fevralaylarında gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1% artaraq1 milyard 17milyon 766.5min manata çatıb.

"APA-Economics” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 289,709milyon manat (ötən ilin eyni dövrünə nisbətən 7.4% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 682,186milyon manat (5.1% çox), aksizlər üzrə daxilolmalar 38,792milyon manat (14.8% çox), yol vergisi üzrə daxilolmalar isə 7,078milyon manat (5.5%çox) təşkil edib.