• Warning: file_get_contents(http://api.openweathermap.org/data/2.5/forecast/daily?q=Baku,AZ&units=metric&cnt=1&lang=az&appid=c0c4a4b4047b97ebc5948ac9c48c0559): Failed to open stream: HTTP request failed! HTTP/1.1 429 Too Many Requests in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 112

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 114

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 114

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 119

    Warning: foreach() argument must be of type array|object, null given in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 119
|

Banqkokda zəlzələdə ölənlərin sayı 22-yə çatıb, 72 nəfər axtarılır – YENİLƏNİB 2

2 Aprel 2025

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 22-yə çatıb, 72 nəfərin isə hələ də axtarışı davam edir.

APA xəbər verir ki, bu haqda “Tayland PBS” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, son 4 gün ərzində dağıntılar altından 15 inşaat işçisinin cəsədi çıxarılıb.

Qeyd edək ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tayland Meteorologiya Departamentinin məlumatına görə, onun maqnitudası 8,2 olub. Respublikada zəlzələ qurbanlarının sayı 2,7 min nəfəri ötüb.

Zəlzələ Taylandda da baş verib, güclü təkanlar Banqkok və onun ətraflarında, həmçinin krallığın şimal, şimal-şərq, mərkəzi və cənub bölgələrində hiss olunub.

Banqkok rəhbərliyi şəhərdə vəziyyət normallaşdığı üçün çərşənbə axşamı fövqəladə vəziyyəti ləğv edib.

***

30.03.2025

08:51

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb, 32 nəfər yaralanıb, 83 nəfər isə itkin düşüb.

APA xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat yayıb.

***
29.03.2025
15:48

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanıarının məlumatında bildiriıib.

Tailand paytaxtında 10 nəfərin yaralandığı, 118 nəfər isə itkin sayıldığı bildirilir.