• 6 °C
|

Ştaynmayer: Almaniya Cənubi Qafqaz regionunda heç vaxt qeyri-sülh şəraiti ilə barışmayıb

2 Aprel 2025
img

Almaniya Cənubi Qafqaz regionunda heç vaxt qeyri-sülh şəraiti ilə barışmayıb.

APA-nın xəbərinə görə, bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatda bildirib.

Almaniya Prezidenti deyib ki, beynəlxalq sərhədlər toxunulmaz olmalıdır: “Almaniya hər zaman bu mövqedən çıxış edib. Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirik”.