Aİ ilə Azərbaycan arasında qaz hasilatında əməkdaşlığı genişləndirmək lazımdır.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
"2023-cü ildə Avropa İttifaqi (Aİ) ilə qaz əməkdaşdaşlığına dair sənəd inzalananda əsas niyyət ondan ibarət idi ki, SGC-nin inkişafının birinci fazasına uyğun olaraq, ikinci fazası da inkişaf etdiriləcək. Birinci fazada biz 25 illik müqavilərə, maliyyə dəstəyi və ciddi zəmanət əldə etmişdik", – o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Aİ ilə SGC-nin ikinci fazası ilə bağlı razılıq əldə edəndə qarşı tərəf bu zəmanətlərin olmayacağını bəyan etməyib: "Biz ümid edirdik ki, biz eyni şəkildə bu əməkdaşlığı davam etdirəcəyik. Amma Aİ-nın bu istiqamətdə siyasəti dəyişdi. Biz bu layihəyə qarşılıqlı maraq doğuran layihə statusu belə ala bilmədik. Avropa maliyyə qurumları bu layihələrin maliyyələşdirilməsinə razılıq vermədilər. SGC-nin iki fazasının həyata keçirilməsi üçün uzunmüddətli müqavilələr, zəmanətlər olmalıdır".