• Warning: file_get_contents(http://api.openweathermap.org/data/2.5/forecast/daily?q=Baku,AZ&units=metric&cnt=1&lang=az&appid=c0c4a4b4047b97ebc5948ac9c48c0559): Failed to open stream: HTTP request failed! HTTP/1.1 429 Too Many Requests in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 112

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 114

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 114

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 119

    Warning: foreach() argument must be of type array|object, null given in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 119
|

Mark Rütte: “NATO müharibədən sonra da Rusiyanı gözdən qoymayacaq”

5 Aprel 2025
img

"Rusiya Ukraynada münaqişə başa çatdıqdan sonra da NATO tərəfindən uzunmüddətli təhdid kimi qiymətləndiriləcək".

Oxu.Az-ın məlumatına görə, bunu alyansın baş katibi Mark Rütte NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bəyan edib.

"Sadəlövh olmayaq, NATO yaxın gələcəkdə Rusiyanı təhlükəsizliyimizə ciddi çağırış hesab etməyə davam edəcək", – deyə Rütte vurğulayıb.

O həmçinin bildirib ki, Şimali Atlantika Alyansı Almaniyada, Visbadendəki silah tədarükünü əlaqələndirən komandanlığı, eləcə də Kiyevdəki alyans nümayəndəliyi vasitəsilə Ukraynaya hərtərəfli hərbi dəstək göstərməyə davam etmək niyyətindədir.

"NATO Ukraynaya suverenliyini və ərazi bütövlüyünü qorumağa davam etməsi üçün lazımi yardım göstərməyə hazırdır", – deyə baş katib əmin edib.

Rütte Rusiya və Ukrayna arasında atəşkəsin razılaşdırılması üçün ABŞ-nin diplomatik səylərini alqışlayıb. Bununla yanaşı, o qeyd edib ki, NATO-da alyans üzv ölkələrinin qoşunlarının Ukrayna ərazisinə göndərilməsi imkanı ilə bağlı aktiv müzakirələr aparılır.

NATO-nun baş katibi döyüş əməliyyatları başa çatdıqdan sonra alyansın Ukraynanın silahlandırılması üzrə genişmiqyaslı proqram planlaşdırdığını bildirib.

"Məqsəd ölkənin müdafiə qabiliyyətini Rusiyanın bir daha Ukrayna torpağının heç bir kvadrat kilometrini ələ keçirə bilməyəcəyi qədər gücləndirməkdir", – deyə Rütte bəyan edib.