• Warning: file_get_contents(http://api.openweathermap.org/data/2.5/forecast/daily?q=Baku,AZ&units=metric&cnt=1&lang=az&appid=c0c4a4b4047b97ebc5948ac9c48c0559): Failed to open stream: HTTP request failed! HTTP/1.1 429 Too Many Requests in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 112

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 114

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 114

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 119

    Warning: foreach() argument must be of type array|object, null given in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 119
|

Zelenski: Rusiyanın Krivoy Roqa zərbəsi beynəlxalq ictimaiyyətin diqqətindən yayınmamalıdır

5 Aprel 2025
img

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Krivoy Roqa endirdiyi zərbənin beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamasının vacibliyini vurğulayıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

V.Zelenski, həmçinin raket zərbələrindən müdafiəni təmin etmək üçün əlavə “Patriot” sistemlərinin tapılmasında ABŞ-nin köməyinə ümid etdiyini bildirib.

"Biz, xüsusilə, ABŞ tərəfi ilə bu cür raket zərbələrindən qorunmaq üçün əlavə hava hücumundan müdafiə sistemləri barədə danışdıq. Əlavə "patriot"ların tapılmasında kömək vəd edən Birləşmiş Ştatlar Prezidenti ilə razılaşmalarımıza ümid edirik", – V.Zelenski qeyd edib.

Qeyd edək ki, Ukraynanın Krivoy Roq şəhərindəki yaşayış məhəlləsinin atəşə tutulması nəticəsində 18 nəfər, o cümlədən 9 uşaq həlak olub. Faciə ilə əlaqədar aprelin 7-9-u Krivoy Roqda matəm elan edilib.

Rusiyanın aprelin 4-də Krivoy Roqu ballistik raketlərdən atəşə tutması nəticəsində yaralananların sayı 72 nəfərə çatıb.

"Hazırda xəstəxanalarda 46 yaralı var, onlardan 5-i uşaq, 23-ü qadındır. 19 nəfərin vəziyyəti ağırdır, onlardan dördü uşaqdır. Qızlardan birinin cəmi 3 yaşı var. Ən yaşlı xəstə isə 81 yaşındadır. Həkimlər əllərindən gələni edirlər", – şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul bildirib.