• 17 °C
|

ABŞ-də məktəb avtobusu aşıb, xəsarət alanlar var

18 Aprel 2025
img

ABŞ-nin Cənubi Karolina ştatında məktəb avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli yol patruluna istinadən “Fox News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, insident cümə axşamı günortadan sonra Cənubi Karolina ştatının Çester dairəsinin Riçburq şəhəri yaxınlığında baş verib. Payn Ridj Liseyindən bir qrup şagirdi üç avtobusda ekskursiyadan qayıdırmış.

Avtomobilin təkərlərindən biri partlayıb və nəticədə avtomobil aşıb. “Fox News” qeyd edib ki, avtobusda 35 məktəb şagirdi və üç böyük olub.

"On səkkiz nəfər xəsarət alıb, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. Bir nəfər ölüb", – telekanal Cənubi Karolina şosse patrul xidmətinə istinadən xəbər verir.

Məlumata görə, digər iki məktəb avtobusu qəzaya uğramayıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.