• 24 °C
|

Rusiya ABŞ-la İran arasında vasitəçilik etməyə hazırdır

18 Aprel 2025
img

Rusiya ABŞ-la İran arasında nüvə sazişi üzrə vasitəçilik etməyə hazırdır.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu iranlı həmkarı Abbas Araqçi ilə birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, Rusiya ABŞ-la İran arasında rəsmi Tehranın maraqlarının nəzərə alındığı nüvə sazişinə vasitəçilik etməyə hazırdır.