23 Okt 2025
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində səhiyyə xərcləri 70,2 % və yaxud279,7 milyon manat səviyyəsində icra olunub.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,9 % və yaxud228,1 milyon manat azdır.
Hesabat dövründə ümumi səhiyyə xərcləri faktiki büdcə xərclərinin 3,4 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 993,578 milyon manat səviyyəsində nəzərə tutulub.