• 19 °C
|

Azərbaycan ətraf mühitin mühafizəsi üzrə xərclərini 43 %-ə yaxın artırıb

19 Aprel 2025
img

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində ətraf mühitin mühafizəsi üzrə xərcləri 87 % və yaxud 72 milyon manat səviyyəsində icra olunub.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,6 % və yaxud 21,5 milyon manat çoxdur.

Hesabat dövründə ətraf mühitin mühafizəsi üzrə xərclər büdcənin faktiki xərclərinin 0,9 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin dövlət büdcəsində bu sahə üçün 414,192 milyon manat səviyyəsində nəzərə tutulub.