• 23 °C
|

Paşinyanın müavini Azərbaycanla delimitasiya prosesindən danışıb

21 Aprel 2025
img

Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyasının növbəti mərhələləri üzrə təkliflərin mübadiləsini davam etdirir.

APA-nın “armenpress”ə istinadən xəbərinə görə, bunu Ermənistanın Baş nazirinin müavini, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın həmsədriMqer Qriqoryan deyib.

O, tərəflər arasında komissiyaların növbəti görüşünün tarixi barədə məlumat olmadığını söyləyib.

Qriqoryanın sözlərinə görə, tərəflər delimitasiyanın növbəti mərhələləri üzrə fikir və təkliflərin mübadiləsini işçi mühitdə davam etdirir.