• 18 °C
|

Gömrük xətti ilə büdcə daxilolmalarının strukturu açıqlanıb

22 Aprel 2025
img

2025-ciilin yanvar-martaylarında gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7% azalaraq1milyard 430milyon 528min manattəşkil edib.

"APA-Economics” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 399,349 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1.2% az), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 964,478milyon manat (4.3% az), aksizlər üzrə daxilolmalar 55,446milyon manat (14% çox), yol vergisi üzrə daxilolmalar isə 11,253milyon manat (18.9% çox) təşkil edib.